Nazirlər Kabineti "Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası"nda dəyişiklik edib.
Unikal.org Trend-ə istinadən bildirir ki, qaydanın indiyədək mövcud olan variantına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və onun müvafiq qurumları atmosfer havasının istehsalat məqsədləri üçün istifadəsini, habelə atmosfer havasına zərərli maddələrin atılması və ona zərərli fiziki təsirin norma və qaydalarını, xüsusi icazə şərtlərini pozan obyektlərin fəaliyyətini məhdudlaşdırmaq və müvəqqəti dayandırmaq səlahiyyətinə malik olublar.
Qərarın bu bəndinin verilən yeni redaksiyasında isə qeyd edilir ki, ETSN atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlər yerinə yetirilmədikdə, icazəni dayandırmaq və ya ləğv etmək səlahiyyətinə malikdir.