Aşura günü münasibətilə Azərbaycanın bir sıra məscid və ziyarətgahlarında keçirilən qanvermə aksiyası başa çatıb.

Unikal.org xəbərinə görə, Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlmirzəyeva "Report"a bildirib ki, aksiyada 3827 nəfər qan verib, 1722.3 litr qan yığılıb.

Qanvermə yüksək səviyyədə keçib və heç bir insident yaşanmayıb.

***13:08


Aşura günü ilə bağlı Azərbaycanda qanvermə aksiyası keçirilir.
 B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya bildirib ki, saat 12.00-a qədər Azərbaycan üzrə 2500-ədən çox insan qan verib.