Bakıda şair-dramaturq, əməkdar incəsənət xadimi İslam Səfərlinin barelyefi oğurlanıb.
Unikal.org "Reporta istinadən xəbərinə görə, bununla bağlı dramaturqun oğlu Səbail Rayon Prokurorluğuna müraciət edib.
O müraciətində bildirib ki, İslam Səfərlinin Səbail rayonu ərazisində yerləşən barelyefi naməlum şəraitdə yoxa çıxıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, İslam Səfərli 1923-cü ildə Naxçıvanda anadan olub, 6 noyabr 1974-cü ildə Bakıda dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub. Onun "Göz həkimi, "Ana ürəyi, "Yol ayrıcı, "Xeyir və Şər, "Dədəgünəş əfsanəsi və s. əsərləri tamaşaya qoyulub, tamaşaçı rəğbəti qazanıb.