"Lider TV-də əmək haqlarının gecikməsinə görə növbəti dəfə kütləvi istefalar başlayıb.
Unikal.org Ölkə.Az-a istinadla məlumat;na görə, telekanalda yayımlanan "Səda informasiya buraxılışının aparıcıları - Vüsalə Səid, Şəfiqə Elşən, idman jurnalisti Emin Ağa və digər şəxslər öz ərizələri ilə işdən çıxıblar.
Jurnalistlərin işdən ayrılmalarına səbəb kimi Lider TV-də bir neçə aydır ki, maaşların gecikməsi göstərilir.
Xatırladaq ki, son bir ildə "Lider TV-dən xeyli sayda jurnalist istefa verib.