"Azərenerji ASC sentyabr ayında təchizatçıları tələbatlarına uyğun olaraq, elektrik enerjisi ilə təmin edib.
"Azərenerji ASC-dən unikal.org-a verilən məlumata görə, 2017-ci ilin sentyabr ayında "Azərenerji ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,66 milyard kilovat-saat olub.
Bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə davam etdirilib.
Qeyd edək ki, ötən ilin sentyabr ayında bu rəqəm 1,64 milyard kilovat-saat təşkil edib. O cümlədən, Strateji Yol Xəritəsi çərçivəsində elektrik enerjisinin itkilərinin azaldılması, elektrik enerjisi verilişinin və ötürülməsinin keyfiyyətinin yüksəldilməsi məqsədilə görüləcək tədbirlər üzrə bir sıra layihələr həyata keçirilib.
Ümumilikdə, ay ərzində texniki tələblərə uyğun itkilər qeydə alınıb.