Yasamal rayonu ərazisində Musabəyov parkından Yasamal bazarı istiqamətində aparılan yol təmir işləri səbəbindən 14 nömrəli marşrut xəttində fəaliyyət göstərən avtobuslardan biri ərazidə texniki problemlə üzləşib.

Bakı Nəqliyyat Agentliyindən unikal.org-a verilən məlumata görə, təmir briqadası dərhal hadisə yerinə çatdırılıb: "Bu səbəbdən, təmir işləri yekunlaşana qədər 14 və 18 nömrəli marşrut xətlərinin intervallarında problemlər yaranacaq.