Prezident İlham Əliyev "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 141 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Unikal.org xəbər verir ki, fərmanda deyilir:
"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 141 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 905; 2007, № 6, maddə 601) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 3.1-ci bənd 3.1-1-ci bənd hesab edilsin və həmin bənddə "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun" sözləri "həmin Qanunun" sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 3.1-ci bənd əlavə edilsin:
"3.1. "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 17.2.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;".
3. 3.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.4-cü bənd əlavə edilsin:
"3.4. həmin Qanunun 17.2.2-ci maddəsində nəzərdə tutulmuş elmi təşkilat Azərbaycan Milli Elmlər Akademiyasıdır.".