Sürət qatarlarında Bakı-Gəncə yolu üzrə gediş haqqı açıqlanıb.
Unikal.org-un məlumatına görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov sürət qatarlarında Bakı-Gəncə üzrə gediş haqqının ilkin qiymətləndirməyə əsasən 10-14 dollar olacağını bildirib:
"Yəni biletin qiyməti 20 manatdan çox olmayacaq. Həmçinin, bu istiqamətdə hərəkət edəcək qatarlar sərnişinlərin bütün zəruri ehtiyacları və rahatlığı üçün lazımi şəraitlə təmin olunacaq".