Dünya birjalarında neftin qiyməti 1 dollaradək bahalaşıb.

Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange) birjasında "Layt markalı neftin bir barrelinin qiyməti 0,85 dollar bahalaşaraq 51,45 dollar, Londonun ICE ("InterContinental Exchange Futures) birjasında "Brent markalı neftin bir barrelinin qiyməti isə 0,92 dollar artaraq 57,17 dollar təşkil edib.

AZƏRTAC