Rusiyanın məşhur müğənnisi  Dima Bilan pərəstişkarlarına kədərli xəbər verib. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı müğənni səhhətində problem olduğunu açıqlayıb.

O uzun müddətdir ki, yuxusuzluqdan əziyyət çəkdiyini bildirib. Dima eyni zamanda mədə xorasından və qrijadan əziyyət çəkdiyini söyləyib: "Bu gecə çox rahat yata bildim. Bu məndə nadir hallarda olur".

Müğənni xəstəliyi səbəbindən arıqlayaraq 69 kiloqrama düşüb.