2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsindən əhaliyə 24 milyard 800,8 milyon manatlıq məhsul satılıb.
Unikal.org-un məlumatına görə, pərakəndə ticarət şəbəkəsində 12 milyard 556,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 milyard 244,7 milyon manatlıq qeyri-ərzaq məhsulları satılıb.
Xidmət subyektləri tərəfindən 5 milyard 979,4 milyon manatlıq ödənişli xidmət göstərilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 2,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 0,8 faiz artıb.