Dünyanın ən məşhur cütlüyü - müğənni Şakira ilə vətəndaş nikahında yaşadığı futbolçu Jerar Pikenin ayrılma xəbəri yalandır.

Unikal.org axsam.az-a istinadən bildirir ki, bu barədə cütlük rəsmi açıqlama verməsə də, lakin onların son paylaşımları belə deməyə əsas verir.

Belə ki, ifaçı bu yaxınlarda "Twitter" hesabında sevgiyə aid video, futbolçu isə bu gün Şakira ilə birgə çəkilmiş fotosunu yerləşdirib.

Pikenin "Maska mağazasında şopinq" qeydli şəklinə minlərlə "like" gəlib.

Qeyd edək ki, 6 ildir birlikdə olan Şakira ilə Pikenin Milan və Saşa adlı 2 oğlu var.