Sentyabr ayında Bakıda torpağın qiyməti bahalaşıb.

Unikal.org xəbər verir ki, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, sentyabr ayında Bakıda torpaq bazarında qiymətlər 1.61 faiz artıb, ilin əvvəli ilə müqayisədə isə 4.2 faiz azalıb.

N.İbrahimov daşınmaz əmlakın digər sahələrində də qiymət artımının olduğunu bildirib. Onun sözlərinə görə, kommersiya obyektləri bazarında ay ərzində qiymət artımı 1.5 faiz təşkil edib, ilin əvvəli ilə müqayisədə isə 14.83 faiz azalma olub.

Ekspert bildirib ki, obyektlərin icarəsi bazarında da ay ərzində 5.75 faiz artım olub, ilin əvvəli ilə müqayisədə isə 14.45 faiz azalma olub. Ekspertin sözlərinə görə, ümumən daşınmaz əmlak bazarı üzrə ay ərzində 0.46 faiz artım olub, ilin əvvəli ilə müqayisədə isə 3.58 faiz azalma qeydə alınıb.

N.İbrahimov qeyd edib ki, sentyabr ayında qiymətlərin artmasına səbəb daşınmaz əmlak bazarında aktivliyin artmasıdır: "Sentyabr ayında məzuniyyətlər bitdi və insanlar yenidən bazarda aktivləşməyə başladılar".