Bir neçə gün öncə azadlığa çıxan müğənni Maral Tahirqızı "APA TV-nin "Show time verilişində qonaq olub.
Unikal.org-un məlumatına görə, canlı yayıma qatılan keçmiş məhbus bu sözləri dilə gətirib: "Xırda bir şeyin üstündə, 20 manata görə həbs olundum. Vəliyeva Esmira Şirzad qızı fotosessiyada olan zaman mənə saysız-hesabsız zəng elədi ki, sizə gəlmək istəyirəm. Evə gələndə gördüm ki, liftimizin qarşısında dayanıb. Mənim də üzüm gəlmədi ki, buna "çıx get deyəm. Bilmədim ki, hansı hislərlə mənim evimə gəlib. Xəyanət eləməyə və ya nə üçün gəldiyini bilmədim. Bu Esmira adlı xanım yanında 40 yaşında bir qadın gətirdi. Bunun da telefonuna mesajlar gəlirdi. Mənim də başım yeni şəkillərimə qarışmışdı. Bir də gördüm ki, evə qəflətən adamlar girdi. Elə bildim ki, narkomanlardır. Məni şərlədilər.
Daha sonra şəxsi həyatından danışan M.Tahirqızı bildirib ki, 16 yaşında ailə qurub: "16 yaşımda ərə getdim. Təxminən 2 il 3 ay ailəli olandan sonra boşandım. Hamilə oldum, amma uşağım yarımçıq oldu. Sonra Bakıya gəlib məktəb oxudum və bir neçə sahələrdə işlədim. Daim işləmişəm. Biznes qadını olmuşam.
Qeyd edək ki, M.Tahirqızı 2015-ci ildə Cinayət Məcəlləsinin 244-ci (əxlaqsızlıq yuvası təşkil etmə) maddəsi ilə 3 il müddətində azadlıqdan məhrum edilmişdi.