16-20 oktyabr tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində Beynəlxalq Enerji Agentliyinin (BEA) EU4 Enerji Layihəsi üzrə "Enerji səmərəliliyinə dair təlim həftəsi keçirilir.
Unikal.org xəbər verir ki, təlim həftəsi enerji statistikası sahəsində çalışan işçilərin potensialının artırılması, enerji səmərəliliyi təşəbbüslərinin inkişaf etdirmələri üçün bilik və bacarıqlarının aşılanması məqsədini daşıyır. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Sənaye və tikinti, Energetika və ətraf mühit, Xidmət statistikası şöbələrinin nümayəndələri də iştirak edirlər.
Təlim həftəsində enerji səmərəliliyinə dair 5 paralel kursda enerji statistikası, tikinti, sənaye, işıqlandırma və elektrik avadanlıqları, nəqliyyat bölmələri üzrə statistik məsələlər əhatə ediləcək. Kurslarda üzrə statistika orqanlarının nümayəndələrinə enerji məlumatlarının müəyyənləşdirilməsi, beynəlxalq səviyyədə qəbul edilmiş enerji səmərəliliyi göstəriciləri, onların mahiyyəti, metodologiyası, bu sahədəki mövcud problemlər, inkişaf perspektivləri ilə bağlı təqdimatlar nümayiş olunacaq, dünya ölkələrində enerji səmərəliliyi statistikası sahəsində əldə edilmiş son nəalliyyətlər barədə geniş müzakirələr aparılacaq. Tədbirdə həmçinin Beynəlxalq Enerji Agentliyinin təcrübə və metodologiyaları şərh olunacaq, Beynəlxalq Enerji Agentliyi, Avrostat və BMT-nin Avropa İqtisadi Komissiyasının bu sahədə tətbiq edilən sorğuları üzrə praktiki məşğələlər də keçiriləcək.