Mədəniyyət və Turizm Nazirliyinin xidməti avtomobillərinin sayı azaldılıb.
Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin oktyabrın 11-də qəbul etdiyi qərarda bildirilir.
Qərara əsasən, nazirliyin avtomobillərinin sayı 71-dən 22-yə ixtisar edilib.
Qərarın səbəbi açıqlanmasa da, qeyd olunur ki, təklifi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən irəli sürülüb.