Bu ilin yanvar-sentyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 mlrd. 951 mln. 635,51 min manat daxil olub.
Unikal.org qurumun açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 297 mln. 726,1 min manat və ya 18% artıb.
Bu ilin 9 ayı ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 504 mln. 206,14 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 mlrd. 359 mln. 572,04 min manat, aksizlər üzrə 61 mln. 822,40 min manat, yol vergisi üzrə isə 26 mln. 034,93 manat təşkil edib.