Azərbaycanın dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin ümumi sayında artım olsa da, təqaüd alanların xüsusi çəkisi 2000-ci illə müqayisədə xeyli azalıb və azalmaqda davam edir.

Unikal.org xəbər verir ki, Dövlət Statistika Komitəsindən report-a verilən məlumata görə, 2016-2017-ci tədris ilində dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin sadəcə 36,3 faizi təqaüd alır.

2000-ci ildə bu göstərici 45 faiz olub. 2015-2016-cı tədris ilində təqaüd alanlar 37,3 faiz təşkil edib.

Qeyd edək ki, 2000-2011-ci tədris ilində ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı 119,7 min, 2015-2016-cı tədris ilində 161,2, 2016-2017-ci tədris ilində isə 163,8 min nəfər təşkil edib.