Ukraynada qəsdən adam öldürməkdə şübhəli bilinən 26 yaşlı azərbaycanlı saxlanılıb.
Unikal.org "Report"-a istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Qeyd olunur ki, Xarkov sərhədçiləri "Qoptovka" buraxılış məntəqəsində ölkəni tərk etmək istəyən azərbaycanlının sənədlərini yoxlayıblar. Adı açqılanmayan şəxsin sənədlərinin yoxlanılması zamanı məlum olub ki, o, qəsdən adamöldürmə cinayətinə görə axtarışa verilib.
Şübhəli şəxs dərhal həbs edilib və bu barədə milli polisə məlumat verilib.