2016-cı ildə "BakuBus" MMC-nin aktivlərinin həcmi 226,143 mln. manata çatıb ki, bu da 2015-ci illə müqayisədə 7,73% azdır.
Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə dövlət şirkətinin ötən il üzrə audit hesabatında qeyd edilib.
MMC-nin öhdəlikləri 9,8% azalaraq 177,967 mln. manat təşkil edib.
Hesabat dövründə dövlət müəssisəsinin nizamnamə kapitalı 39,84% azalaraq 18,049 mln. manata endiyi halda, dövlət investisiyalarının məbləği 58,41% artaraq 181,697 mln. manata çatıb. 31 dekabr 2016-cı il tarixinə MMC-nin yığılmış zərəri 151 mln. 569,938 min manat təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 54,638 mln. manat və ya 56,37% çoxdur. Beləliklə, dövlət şirkətinin cəmi kapitalı 48,177 mln. manat olub.
2016-cı ildə MMC-nin xalis zərəri 54 mln. 637,619 min manat təşkil edib. 2015-ci ildə bu rəqəm 92 mln. 260,805 min manat idi.
"BakuBus" Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb.