Paytaxtda və bölgələrdə pendirin qiyməti artıb.

Unikal.org-un Xəzərxəbər-ə istinadən məlumatına görə, qiymət artımı 30-40 faiz civarındadır.

Satıcılar qiymət artımının səbəbini açıqlayıblar. Onlar qiymət artımınıheyvan yemlərinin və südün bahalaşması ilə əlaqələndiriblər.

Kənd Təsərrüfatı Nazirlyindən isə bildirilib ki, indi kifayət qədər yem ehtiyatı var. Lakin südün az olduğu bir mövsümdür. Bu səbəbdən də pendirin cüzi bahalaşması normaldır. Dekabr ayından etibarən qiymətlərin enəcəyi gözlənilir.