Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 971,8 mln. ABŞ dolları dəyərində yeyinti məhsulları idxal olunub.
Unikal.org Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi xəbərə görə, yeyinti məhsullarının idxalında dəyər ifadəsində illik müqayisədə 2,3% artım qeydə alınıb.
Hesabat dövründə ət idxalı 91,57% artaraq 46,552 mln. dollara, süd - 69,02% artaraq 9,720 mln. dollara, kərə yağı və süddən hazırlanmış digər yağlar - 27,65% artaraq 49,065 mln. dollara, çay - 29,89% artaraq 39,236 mln. dollara, meyvə-tərəvəz idxalı isə 0,22% artaraq 91,465 mln. dollara çatıb.
Bu müddətdə buğda idxalı 34,57% azalaraq 136,361 mln. dollara, şəkər idxalı 5,96% azalaraq 124,467 mln. dollara düşüb.
Məhsulların miqdar baxımından müqayisəsinə gəlincə, ət idxalında 50,55%, süd idxalında 55,7%, çay idxalında 10,79% artım qeydə alınıb.
Qeyd edək ki, yeyinti məhsullarının cəmi idxalda xüsusi çəkisi ötən ilin müvafiq dövründə qeydə alınan 15,31%-dən 15,73%-ə yüksəlib.