CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 23-də 58,3 dollar/barel təşkil edib ki, bu da ötən cümə gününə olan göstəricidən 0,21 dollar/barel azdır.
Unikal.org xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 23-də 57,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,23 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 23-də 55,2 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,23 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 23-də 57,68 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,08 dollar/barel çoxdur.