Bakıda dəhşətli qətl törədilib. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Adil Əlibabayev küçəsindəki mənzildə paytaxt sakini, 1968-ci il təvəllüdlü Şaqaliyev Fərhad Cənnət oğlu qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1982-ci il təvəllüdlü Sadıqova Gülnarə Xanış qızını boğaraq öldürüb. 49 yaşlı kişi yerə yıxılmış sevgilisinin boğazına ayağını dirəyərək onun nəfəsini kəsərək öldürüb.

Bildirilir ki, hadisə vaxtı F.Şaqaliyev sərxoş vəziyyətdə olub. Belə ki, o, bir müddət əvvəl tanış olduğu Şamaxı sakini Gülnarə Sadıqova ilə sevgili həyatı yaşamağa başlayıb və Bakıxanov qəsəbəsində kirayə mənzil tutub. Ailəli, 2 uşaq atası olan Fərhad tez-tez həmin mənzildə sevgilisi ilə görüşürmüş. Lakin qadın sevgilisinin onunla daha çox vaxt keçirməyini, ona daha çox diqqət ayırmasını tələb edirmiş. Bu səbəbdən də onlar arasında tez-tez münaqişələr yaşanırmış. Dünən növbəti dəfə eyni mövzuda mübahisə yaşanıb və F.Şaqaliyev sevgilisini döyüb. Yerə yıxılan qadının onu söydüyünü görən kişi ayağını onun boğazına dirəyərək boğub.

Qeyd edək ki, qətlə yetirilən qadın əvvəllər ailəli olub. Hadisəni törədən F.Şaqaliyev isə kiçik sahibkardır. O artıq tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb.

09:13

Bakıda qadın qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən döyülərək öldürülüb.

Unikal.org report-a istinadən xəbər verir ki, qətl hadisəsi Sabunçu rayonunda baş verib.

Sabunçu Rayon Polis İdarəsindən (RPİ) bildirilib ki, Bakıxanov qəsəbəsi, Əli Babayev küçəsi ev 3, mənzil 4 ünvanında yaşayan 1982-ci il təvəllüdlü Sadıqova Gülnarə Tarıs qızı qeyri-rəsmi nikahda yaşadığı 1968-ci il təvəllüdlü Şaqalıyev Fərhad Cənnət oğlu ilə mübahisə edib.

Mübahisə zamanı F.Şaqalıyev qadına təpiklə zərbələr vurub. Sonra isə qadının boğaz nahiyəsinə zərbələr endirib. G.Sadıqova sonuncu zərbədən sonra hadisə yerində dünyasını dəyişib.

F.Şaqalıyev Sabunçu RPİ-ə gedərək könüllü təslim olub.

Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, F.Şaqalıyev hadisəni törədərkən sərxoş vəziyyətdə olub. O, G.Sadıqovanın qeyri-rəsmi nikahda yaşadığı üçüncü şəxsdir. G.Sadıqovanın bir azyaşlı oğlu var.