CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 24-də 58,57 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,27 dollar/barel çoxdur. 

Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 24-də 57,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,25 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 24-də 55,42 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,22 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 24-də 57,79 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,11 dollar/barel çoxdur.