CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 25-də 59,07 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,5 dollar/barel çoxdur.
Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 25-də 58,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,45 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 25-də 55,89 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,47 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 25-də 58,31 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,52 dollar/barel çoxdur.