Azərbaycan Beynəlxalq Bankı daha bir problemlə üzləşib.

Unikal.org bildirir ki, Avropa banklarından bütün köçürmələrə "stop qoyulub. Artıq ABB-dakı hesablara xaricdən köçürmə etmək mümkün deyil.

Beynəlxalq Bankın Almaniyadakı partnyoru "Commerzbankın bu ölkədəki banklara göndərdiyi məlumatda köçürməyə qoyulan qadağanın müddətsiz olduğu vurğulanır. Bir müddətdir Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin könüllü restrukturizasiya məsələsi gündəmdədir. Yəni, söhbət bank üzrə xaricilərə olan borcların geri ödənişi sahəsində irəli sürülən yeni şərtlərdən gedir.
Xaricdən köçürmələrin dayandırılması bu məsələ ilə də əlaqələndirilir.

H.Babayev