Azərbaycan prezidenti İlham Əliyev Ağdam rayonunun Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Unikal.org-un  məlumatına görə, 29 min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi məqsədi ilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,4 milyon manatı "Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinə ayrılıb. 

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.