Bakıda dəmir yolu vağzalında quldurluq əməli törədilib. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Sabunçu dəmir yolu stansiyasının ərazisində iki nəfər naməlum şəxs Afat Vəliyevə hücum edib. Həmin şəxslər A.Vəliyevin üzərindəki 490 manat pulu götürərək qaçıblar.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş şəxslərdən biri, Gürcüstan vətəndaşı Musa İbrahimov tutulub.

Digər şəxsin axtarışları davam etdirilir.