CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 27-də 61,31 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,61 dollar/barel çoxdur. 

Unikal.org xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

Sonuncu dəfə CIF bazisində "Azeri Light"ın dəyəri cari qiyməti 2015-ci ilin iyulunda ötmüşdü - 63,61 dollar/barel.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 27-də 60,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,63 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 27-də 58,17 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,63 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 27-də 60,34 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,53 dollar/barel çoxdur.