Soyuq havalarda insanların daha çox istifadə etdiyi zəncəfil bitkisinin qiyməti 2 dəfə artıb.
Unikal.org Medicina.az-a istinadən xəbər verir ki, hazırda marketlərdə zəncəfilin 1 kiloqramı 11 manata satılır.
Məlumat üçün bildirək ki, bir neçə ay əvvəl 5.90 manata satılan zəncəfil sonradan 8.50 manata kimi bahalaşdırıldı. Soyuq havalar başlayandan isə bitkinin qiyməti 10.95 AZN-ə çatıb.
Zəncəfilin hansı səbəbdən bahalaşdırıldığı məlum deyil.
Rusiyada eyni məhsulun kiloqramı 180-250 rubl (5-7 manat) olduğu halda, zəncəfil Azərbaycanda 2 dəfə baha satılır. Satışda olan zəncəfilin Çin istehsalı məhsul olduğu da güman edilir.