Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  unikal.org-a verilən məlumata görə, bu ilin noyabrın 1-dək fonda 86.097.065,62 AZN, 212.873,88 ABŞ dolları, 8936,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə yaradılıb.