Cari ilin yanvar-oktyabr ayları ərzində "Azəriqaz İstehsalat Birliyi hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılmış və müvafiq sənədləri təqdim etmiş 355 çoxmərtəbəli binanın qazının açılması təmin olunub.
İB-dən unikal.org-a verilən məlumata görə, bu, ümumilikdə 16 893 mənzili əhatə edir.
"Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır, - deyə məlumatda qeyd olunub.