Kapital Bank Bakı Metropoliteninin 50 illik yubileyi ərəfəsində sosial layihənin rəsmi tərəfdaşı olub. Belə ki, 1 noyabr 2017-ci il tarixində metronun Nəriman Nərimanov stansiyasında "Köhnə Bakı mövzusunda foto sərginin açılış mərasimi keçirilib.
Unikal.org xəbər verir ki, ümumilikdə 90 fotonun yer aldığı sərgidə hər fotonun yanında Azərbaycan, Rus və İngilis dilində izahı qeyd olunub. Sərgi izləyicilərinə nümayiş olunan fotoşəkillər haqqında virtual məlumat almasına da şərait yaradılıb. Bunun üçün hər şəkildə yerləşdirilmiş "QR-kod" vasitəsilə Bakı metropoliteninin rəsmi saytında yerləşdirilmiş elektron qalereyaya da daxil olub istənilən şəkil və onun haqqında məlumatla tanışlığı davam etdirmək mümkündür.
Məşhur həvəskar tarixçi-tədqiqatçı Fuad Axundovun məsləhətləri ilə seçilən fotolar 6 ay ərzində stansiyada sərgilənəcək. Sərgidə paytaxtın arxitekturası, neft mədənləri, tacirlər, şəhər sakinləri və digər maraqlı fotolar nümayiş edilib.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.