Bakının Suraxanı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, Qaraçuxur qəsəbəsində yolu keçmək istəyən 35 yaşlı Qitin Maqomedov İsmayıl Heybulla oğlunu minik avtomobili vurub.

Piyada aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.