Abşeron rayonunda ağır yol qəzası baş verib.

Unikal.org lent.az-a istinadən xəbər verir ki,Bakı-Quba yolunun 16-cı kilometrliyində "KamAZ" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub.

Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Saray qəsəbə sakini Mirislam Yaqubov idarə etdiyi "KamAZ markalı yük avtomobillə yolun kənarında dayanmış Masazır qəsəbə sakini Samiq Mehrəliyevə məxsus "Mercedes markalı avtomobilin sərnişini, Astara rayon sakini Səid Salmanovu vurub. Nəticədə "KamAZ markalı avtomobil aşıb və yük yerində olan mişar daşlarının bir hissəsi "Mercedes markalı avtomobilin üzərinə dağılıb. Nəticədə xəstəxanaya yerləşdirilən S.Salmanov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.