Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin intihar məqsədilə ticarət mərkəzinin damına çıxması barədə məlumat daixl olub.
Unikal.org nazirliyin saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək vətəndaşla müvafiq söhbətlər aparıb. Xilasedicilər onu intihar etmək fikrindən daşındırıblar.
Əməliyyat başa çatıb.