Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan "Baku Bus" MMC-yə məxsus avtobusun sürücüsü cəzalandırılıb.
Unikal.org xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, 13 nömrəli xətt üzrə hərəkət edən "99-JX-266" dövlət nömrə nişanlı avtobusu idarə edən sürücünün Kərimov Kamran Ağakərim oğlu olduğu müəyyən edilib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü (Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə) maddəsinə əsasən, protokol tərtib edilib. Beləliklə, sürücü 4 cərimə balı yazılmaqla 100 manat cərimə edilib.