"Ermənistanda yaşayan qadınlar Azərbaycana keçmək üçün müraciət edirlər. Onlar Ermənistandakı ağır vəziyyətdən gileylənərək Azərbaycan vasitəsilə üçüncü ölkəyə keçəmək istədiklərini deyirlər".
Bu barədə AzVision.az-a Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib. Onun sözlərinə görə, müraciət edənlərdən biri Azərbaycandan qaçqın düşmüş ermənidir: "Həmin şəxslər müraciətlərində yazıblar ki, İrəvan erməniləri onların ailələrinə lağ edir və "beşinci kolon" adlandırırlar. Bakı ermənisi olan qadının və onun qohumlarının hələ də pasportu yoxdur və onlar Ermənistanda işə düzələ bilmirlər. Azərbaycana keçmək istəyən hər üç qadın Ermənistandakı vəziyyətindən narazıdır".
Millət vəkili Elman Məmmədov isə AzVision.az-a bildirib ki, heç bir halda erməniləri Azərbaycana buraxmaq olmaz. "Azərbaycan bütün dünyada insanpərvərliyin, humanistliyin, tolerantlığın nümunəsi kimi tanınır. Biz dinindən, dilindən, millətindən asılı olmayaraq heç kimə qarşı düşmən mövqedə durmuruq. Bütün bunlara baxmayaraq erməniləri Azərbaycana buraxmaq olmaz. Onların çörəyi dizlərinin üstündədir. Ermənilər üçün insani anlayış yoxdur. Xəyanətkar, işğalçı insanların Azərbaycanda işi yoxdur". Deputatın sözlərinə görə, yaxşı olar ki, ermənilər özlərinə yeni rəhbər seçsinlər. "Ermənistana rəhbərlik edənlər hərbi-siyasi canilər, terrorçulardır. Əgər ermənilər sıxma-boğmadan, dözümsüzlükdən, səfalətdən, pis haldan qurtulmaq istəyirlərsə, siyasi xuntaya, hakimiyyətə təsir göstərərək Azərbaycan torpaqlarının işğaldan azad olunmasında rol oynamalıdırlar. Yalnız torpaqlarımız işğaldan azad olunandan sonra ermənilər Qarabağda yaşaya bilərlər"-deyə E.Məmmədov bildirib.