Sabirabadda minik maşını aşıb, 2 nəfər xəsarət alıb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində "Mercedes" markalı "90 SX 054 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə 2 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Sabirabad rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.