"28 May NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi dənizə düşüb.
Unikal.org xəbər verir ki, SOCAR-ın yaydığı məlumata görə, 1958-ci il təvəllüdlü Əliyev Rasim İbrahim oğlu 262 saylı quyuda işləyən zaman dənizə düşüb, operativ tədbirlər nəticəsində sudan çıxarılıb, lakin vəfat etdiyi məlum olub.
Hadisənin səbəbləri araşdırılır.
Qeyd edək ki, bu barədə ilk məlumatı "Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Mirvari Qəhrəmanlı yayıb. O bildirib ki, külək yoxdu, yıxın işçinin boynuna: "Siz ki, o sahədə əvəzi olmayan peşəkarsınız.Aldığım məlumata görə, bu gün Azneft İB məxsus 28 May NQÇİ-nin 14-cü platformasindan 55 yaşlı Əliyev Rasim adlı işçi platformadakı çürük dəmirlərin üstündən dənizə düşüb. Cəsəd dənizdən çıxarılıb."