Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan vətəndaşı qətldə ittiham olunaraq həbs olunub.
Unikal.org xəbər verir ki, Kiyevdə Şamaxı rayon sakini, 1991-ci il təvəllüdlü Şamil Feyzullayev ilə onun yaşadığı hostelin sakinləri arasında sonradan dava ilə nəticələnən mübahisə düşüb. Davaya səbəb azərbaycanlı gəncin ünvanına nalayiq ifadələrin işlənməsi olub.
Əlbəyaxa dava zamanı Ş. Feyzullayev Aleksandr adlı gəncə bıçaqla xəsarət yetirib ki, nəticədə sonuncu ölüb.
Ş. Feyzullayev Qoloseevskiy rayon polisi tərəfindən saxlanılıb.
Həmyerlimizin yaxınları APA-ya bildirib ki, onun hüquqi yardıma ehtiyacı var.