Azərbaycanda müxtəlif çeşidli kolbasa və sosiska istehsalı ilə məşğul olan tanınmış "Səhliyalı" şirkətinə bu gün mediatur təşkil olunub.
Unikal.org-un əməkdaşlarının iştirak etdiyi tədbirdə, QHT və KİV nümayəndələri"Halal nemət, 1000 bərəkət" markalı məhsullarının istehsal prosesinin gedişini izləyiblər.
1996-cı ildən fəaliyyət göstərən şirkətdə istehsal olunan məhsulların mövcud qaydalara uyğun təşkili, qidanın istehsalı, saxlanma şəraiti, qidaya əlavə olunan qatqı maddələrindən tutmuş, son istifadə müddətinə qədər bütün detalları barədə jurnalistlərə məlumat verilib. Bildirilib ki, şirkət 2009-cu ildən halal məhsulların istehsalına başlayıb. Halal standartının bütün prinsiplərinə əməl edir. Və buna görə də "Halal Nemət 1000 Bərəkət" adlı əmtəə nişanını alıb.
Öncə jurnalistlər son iki ayda müasir standartlara uyğun istifadəyə verilən "Ət kəsimi" müəssisəsi ilə tannış olublar. Bina iki mərtəbəlidir. Birinci mərtəbəsində ət kəsimi, ikinci mərtəbəsində iri və kiçik buynuzlu diri heyvan və heyvan məhsulları qəbul olunur. Müəssisə Türkiyənin istehsalı olan müasir texniki avadanlıqlarla təchiz olunub. Burada 100 yaxın iri buynuzlu, 300-ə yaxın kiçik buynuzlu heyvan ətinin kəsimi mümkündür. Amma hazırkı vəziyyətdə ət tədarükünün lazım olduğu miqdarda kəsimə hevan ətləri gedir. Ümumilikdə şirkətin istehsalan sahəsi 2600 kvadrat-metrdir. Bunun 600 kvadrat-metrdiri heyvanların qəbulu və saxlanılması və kəsiminin payına düşür.
Yeni müəssisə "Halal" sertifikatı almağı gözləyir...
"Səhliyalı" müəssisəinin istehsalat üzrə müdir müavini Rəfael Məmmədov bildirib ki, ət kəsimi müəssisəsi iki il əvvəl Dövlət Proqramı çərçivəsində qurulması işinə başlanılıb. Türklərlə birgə işlər ay yarım bundan əvvəl tamamlanıb. Texniki avadanlıqlar gigeynik və sanitar tələblərə uyğun qurulub. Pol örtüyü, divarlar, tavanı yüksək səviyyəli materiallarla qurulub. Artıq ət kəsimi müəssisəsinə İSO 22000 standartını tətbiq etmək üçün müvaffiq dövlət qurumuna da müraciət də olunub. Müəssisəyə həmçinin Halal sertifikatı aldıqdan sonra satışa yarımfabrikatlı ət məhsullarının çıxarılması ilə də məşğul olacağıq.
Allahu Əkbər deyilərək heyvan kəsilir...
Jurnalistlər daha sonra ət kəsimi yeri ilə tanış olurlar. Müəssisədə heyvanların harada və necə kəsilməsinə həssaslıqla yanaşılır, islamın bu məsələdə qoyduğu bütün qayda-qanunlara əməl edilir. Burada "ət kəsimi" üçün xüsusi yer ayrılıb. Kəsim zamanı heyvan üzü qibləyə tərəf olan kompas vasitəsi ilə qurulmuş xüsusi bokslara salınır. Bismillah, Allahu Əkbər deyilərək kəsilir. İnsanlar arasında belə bir fikir səsləndirilir ki, ümumiyyətlə, halal kolbasa və ya sosisi yoxdur. Amma eşitdiklərimizdən fərqli olaraq gördüklərimiz bunun tam əksini dedi. Kəsim prosesində baytar həkim də iştirak edir. Heyvanlar baytar tərəfindən ilkin müayinədən keçəndən sonra kəsimə göndərilir. Xəstə heyvanlar sağlam heyvanlardan ayrı saxlanılır. Kəsilmiş ətlər isə növbəti müayinədən keçirilir. Bunun üçün heyvanın xüsusi hissələrindən nümunələr götürülüb, laboratoriyaya göndərilir. Laboratoriyadan keçən ətlər isə istehsalata buraxılır.
Bütün məhsullar laboratoriyalarda yoxlanılır...
Şirkətin keyfiyyətə nəzarət şöbəsinin müdiri Şəhla Yusifzadə laboratoriya barədə jurnalistləri məlumatlandırır. O bildirib ki, 1996-cı ildən şirkət fəaliyyətə başladığı gündən burada laboratoriya qurulub. Amma 3 il öncə son standartın tələblərinə uyğun olaraq laboratoriyamız yenidən təmir və təchiz olunub. Standartlaşdırma, Mertologiya və Patent üzrə Dövlət Komitəsinin Milli Akkreditasiya Sistemində AZS İSO 17025 standartına uyğun akkreditasiya olunub. Burada xammal və hazır məhsulların analizləri aparılır. Bununla belə məhsullarımız müxtəlif dövlət müəssisələrin laboratoriyalarında yoxlanılır və satışa buraxılır. Hazırda bizdə 53 adda ət və ət kolbasa məhsulları istehsal olunur. Bu məhsulların hər birinin təhlükəsizlik tələblərini təsdiq edən gigiyenik sertifitkartları və onların keyfiyyətini təsdiq edən uyğunluq sertifitkatı ilə təmin olunub.
Daha sonra kolbasa və ya sosis istehsalı ilə tanış oluruq. Burada da müasir texnikalarla təchiz olunmuş avadanlıqlarla sözü gedən məhsulların istehsalını görürük. Kolbasa və sosialərin farş halına salan mikserlə, qablaşdırma, bişirmə, soyuducu sexlərlə də tanış oluruq. Bütün bu məhsullar heç bir insan əli dəymədən hazırlanığının şahidi olduq.
"Səhliyalı" şirkətinin rəhbəri İlham Bəşirov "Halal Nemət 1000 Bərəkət" markalı məhsularının keyfiyyətsiz ətdən hazırlanması ilə bağlı yayılan məlumatlara belə münasibə bildirib:"Gəldiz, gördüz. Nəyin nə olduğunu da bildiniz. Şirkət əti həm yerli, həmdə xarici bazarından birbaşa dövlət nəzarəti altında alır. Bununla belə, bu məqamı xüsusi vurğulamaq istəyirəm ki, müəssisəmizin öz yardımçı təsərrüfatı da var. Ət tələbatımızın bir hissəsini həmin fermamız vasitəsilə təmin edirik. Yayılan məlumatların heç bir əsası yoxdur. Mən hər ay da bir dəfə olmaq şərilə KİV-lərimiz üçün "Açıq Qapı" günüdə keçirtməyə hazıram".
Şirkət rəhbəri bazarda mal ətini kilosu 7-8 manat olduğu halda, kolbasanın kilosunun qiyməti aşağı olmasına belə münasibət bildirib: "Əvvala qeyd edim ki, bazarda inəklə dana ətinin qiymət fərqi var. Biz də ən çox inək məhsullarından istifadə edirik. Bu məhsulları öz hesabımıza və alınma hesabına kilosu 2-3 manata başa gəlir. Bundan əlavə bizim yardımçı təsərrüfatımız var. Təəssüflər olsun ki, bəzi insanlar kolbasada, sadəcə ətdən istifadə olunduğunu düşünür. Kolbasa və sosislər ət məhsuludur. Bunun istehsal prossesində müxtəlif halal məhsullardan istifadə olunur.
İlham Bəşirov gələcək planlar barədə də məlumat verib: "Hazırda istehsal olunan məhsullarımız Gürcüstan və Özbəkistana ixrac olunur. Gələcəkdə Rusiya və Ərəb ölkələri bazarına da çıxmağı düşünürük".
Şirkətin keyfiyyətə nəzarət şöbəsinin müdiri Şəhla Yusifzadə isə məsələyə belə münasibət bildirib. "Səhliyalı" olaraq kadrlarımızın daha güclü təhsilə malik olması üçün bir sıra ciddi addımlar atırıq. Laboratoriyamızda çalışan mütəxxəsislərimiz mütəmadi olaraq yerli və xarici ölkələrdə treninqlərə qatılır. Onların hər biri imtahandan uğurla keçərək diplom və sertifikatlarla təmin olunurlar. Şirkət hər il külli miqdarda vəsaiti yalnız kadrlarının təhsilinə yönəldir. Əgər biz mətbuatda yazıldığı kimi mənfur yollarla qazanc əldə etmək istəyiriksə, bəs nəyə görə külli miqdarda vəsaiti kadrlarımızın təhsilinə yönəldirik? Belə məlumatlara təxribatdan başqa heç bir ad vermək olmaz.