Muş əyalətindəki bir balıq mağazasında satılan 1,5 metrlik orkinos balığı insanların diqqətini çəkib. 
Unikal.org xəbər verir ki, əyalətdə balıq satışı ilə məşğul olan Fırat Aslan hər kəsin marağına səbəb olan balığı Azərbaycan balıqçılarından aldığını deyib:

"Balıq Azərbaycandan gətirilib. Satışa çıxartmamışdan öncə sərgiləməyi üstün bildim. Azərbaycanda tutulan bu balığı alıb mağazaya gətirdim. Təxminən 1,5 metrlik uzunluğundakı orkinos 63 kq çəkisindədir. Balığın kilosunu 30-35 lirəyə satmağı düşünürəm. Hazırda vətəndaşlar balıqla şəkil çəkdirmək üçün növbəyə durub.