Bakıda meyiti tapılan gəncin intihar etdiyi məlum olub.

Unikal.org xəbər verir ki, Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1990-cı il təvəllüdlü Həsənov Orxan İsmayıl oğlunun özünü asdığı müəyyənləşib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

16:43

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Unikal.org-a FHN-ə istinadən xəbər verir ki, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb, 1990-cı il təvəllüdlü Həsənov Orxan İsmayıl oğlunun cəsədini aşkarlayaraq, aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.