Azərbaycan prezidenti İlham Əliyev Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Unikal.org-un məlumatına görə, "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında qanunun tətbiqi barədə Azərbaycan prezidentinin 2016-cı il 27 dekabr tarixli fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən "Azərsu Açıq Səhmdar Cəmiyyətinə 10,1 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.