Dünya birjalarında neftin qiyməti ötən gündən bəri 64 dollardan yuxarı satılır.
Unikal.org xəbər verir ki, İCE London birjasında Brent markalı neft 3,423 dollar bahalaşaraq barelli 64, 27 dollar olub.
WTI markalı neftin dekabr fyuçersi isə 2,931 dollar bahalaşaraq barelli 57,32 dollara yüksəlib. Sonuncu dəfə neftin qiyməti 64 dollar həddində 2015-ci ilin iyunun 24-də olub.