Azərbaycan hökuməti "Azərişıq ASC və "Azərsu ASC-nin maliyyə vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə elektrik enerjisi və su tariflərini artırmayacaq.
Unikal.org-un məlumatına görə, bunu 2018-ci il dövlət və icmal büdcənin müzakirələri çərçivəsində beş parlament komitəsinin birgə iclasında Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, bu addım əhalinin narazılığına səbəb ola və onların maliyyə vəziyyətini pisləşdirə bilər.
Məhz ona görə hökumət gələn il "Azərişıq və "Azərsu üçün 55 milyon manat həcmində büdcə subsidiyaları ayıracaq: "Biz güzəştə getməliyik.