Prezident İlham Əliyev "Vəkillər və vəkillik fəaliyyəti haqqında qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişikliklikləri təsdiqləyib.

Unikal.org xəbər verir ki, sənədlərə əsasən, fiziki şəxsin yalnız yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə veriləcək. Mülki Prosessual Məcəlləyə edilən dəyişiklik belədir: "69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.;
Dəyişikliklə bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar-vəkillik institutu ilə əvəzlənib, vəkillik institutu daha da gücləndirilib. Kassasiya instansiyasında, yəni Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.
Dəyişikliklər 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.