İçərisində olduğumuz yaz mövsümü yüngül qidalanma və pəhrizə başlamaq üçün ən doğru zamandır.
Yaz eyni zamanda keçid ayları olduğu üçün yüngül və immuniteti yüksəldən qidalara üstünlük verməliyik. Bu qidalar sırasında balıq, qırmızı ət, tərəvəz və meyvələr əsas yerdə durmalıdır.
Arıqlamaq istəyənlərə bəzi məsləhətlər təqdim edir. Açıq havada gəzmək artıq çəkidən xilas olmaq üçün ən yaxşı üsullardan biridir. Bununla yanaşı, arıqlamaq istəyənlər və pəhriz saxlayanlar bu dövrdə bəzi qidalardan uzaq durmalıdırlar. Məsələn, yaşıl soğanın sağlamlıq baxımından bir çox faydası var. Ancaq iştahı açdığı üçün arıqlamaq istəyənlər bu qidadan uzaq durmalıdırlar.
Həddindən artıq çay və qəhvə içmək həm sağlamlıq baxımından, həm də çəki azaltma müddətində zərərlidir. Eyni zamanda su içməyə mane olur. Bununla yanaşı, bədəndən maye itkisinə də səbəb olur. Bu vəziyyətdə isə pəhrizinizi pozmuş olacaqsınız. Yalnız gündə bir fincan şəkərsiz qəhvə və ya türk qəhvəsi içə bilərsiniz. Şəkərli, ətirli və ya kremli qəhvənin az qala bir hamburger qədər kaloriyə sahib olduğunu unutmayın.
Pəhriz saxlayan zaman yüksək kalorili və çox şəkərli enerji içkilərindən də uzaq durun. Bu içkilər arıqlamağın ən böyük düşmənlərindən biridir. Quru meyvələrə də diqqət edin. Qədərində yeyilməyən quru meyvələr bədəndə yağlanmaya səbəb olur. Ancaq həddində yeyilərsə, hətta arıqlamağa kömək edir.